SON XƏBƏRLƏR

ICAN: Amerika bir ay ərzində İngiltərəyə ən azı 20 nüvə bombası yerləşdirə bilərdi

2025.08.07, 11:16
ICAN: Amerika bir ay ərzində İngiltərəyə ən azı 20 nüvə bombası yerləşdirə bilərdi

Amerikanın iyul ayında Şərqi İngiltərədəki əsas aviabaza olan Leykenhitdə ən azı 20 ədəd “B61-12” nüvə bombası yerləşdirməsi ehtimalı var.

Gunaz.tv

Bunu “RİA Novosti”yə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Burnett deyib.

İyul ayında “UK Defence Journal” Amerikanın son 17 ildə ilk dəfə olaraq Böyük Britaniyada Leykenhitdə nüvə silahı yerləşdirdiyini bildirib. “ICAN” bu məlumatı təsdiqləyib.

“Nüvə silahları ilə bağlı ifrat məxfiliyi nəzərə alaraq, onların nə qədər döyüş başlığı yerləşdirdiyini söyləmək çətindir. Ən yaxşı hesablama odur ki, hazırda Amerikanın NATO-nun digər 5 ölkəsində 100-ə yaxın bombası var. Böyük Britaniyada yəqin ki, ən azı 20 bomba var”, - mənbə bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar