SON XƏBƏRLƏR

Tramp Çinə qarşı ikinci dərəcəli sanksiyaları istisna etməyib

2025.08.07, 11:26
Tramp Çinə qarşı ikinci dərəcəli sanksiyaları istisna etməyib

Amerika prezidenti Donald Tramp Rusiya neftinə görə Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ehtimalını istisna etməyib.

Gunaz.tv

Amerika liderinin çıxışı Ağ Evin saytında yayımlanıb.

Oval Ofisdə bununla bağlı sualı cavablandıran Trump deyib: “Biz bunu Hindistanla etdik, yəqin ki, bunu bir neçə başqa ölkə ilə edirik, onlardan biri Çin ola bilər”.

Qeyd edək ki, çərşənbə günü Amerika Rusiyadan neftin "birbaşa və ya dolayı" idxalı fonunda Hindistandan idxal edilən mallara əlavə 25 faizlik rüsum tətbiq edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar