SON XƏBƏRLƏR

Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, Amerika geri qayıdacaq

2025.08.07, 11:27
Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, Amerika geri qayıdacaq

Amerika prezidenti Donald Tramp deyib ki, Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, Amerika İranı yenidən vura bilər.

Gunaz.tv

Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Yaxşı, biz İranın nüvə silahı əldə etməsinin qarşısını alaraq Yaxın Şərqdə müharibələri dayandırdıq”, - Tramp qeyd edib.

"Onlar hər şeyə yenidən başlayacaqlarını söyləyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli bir addım olardı, çünki biz geri dönəcəyik. Onlar başlayan kimi biz geri qayıdacağıq. Məncə, onlar bunu başa düşürlər", - Amerika prezidenti fikrini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Amerika Silahlı Qüvvələri İranın üç nüvə obyektinə (Fordo, Natanz və İsfahanda) hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar