SON XƏBƏRLƏR

Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq

2025.08.07, 11:34
Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq

Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

"İstintaq tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar