SON XƏBƏRLƏR

Amerika Finlandiyada hərbi mövcudluğunu artırır

2025.08.07, 11:39
Amerika Finlandiyada hərbi mövcudluğunu artırır

Amerika 2025-ci ilin sonuna qədər Finlandiyada hərbi iştirakını genişləndirəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.

İyul ayının ortalarında Amerikanın dəniz piyada bölməsi Finlandiyaya gəlib. Hərbçilər Uusimaa briqadasında və Sahil Mühafizəsi briqadasında yerləşdirilib və təxminən bir ay ölkədə qalacaqlar.

Bundan əlavə, Kareliya briqadasına da amerikalı hərbçilər gəlib. Onların əsas vəzifəsi Finlandiya ordusuna Amerika hərbi texnikasının istismarı və texniki qulluq qaydalarını öyrətməkdir.

Finlandiyanın müxtəlif bölgələrində il sonuna qədər bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Növbəti mərhələlər və təlimlərlə bağlı əlavə məlumat veriləcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar