SON XƏBƏRLƏR

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub

2025.08.08, 09:32
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin Amerika Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar