SON XƏBƏRLƏR

"Hizbullah" terror təşkilatı Lübnan hökumətinin tərk-silah qərarına reaksiya verib

2025.08.08, 09:39
"Hizbullah" terror təşkilatı Lübnan hökumətinin tərk-silah qərarına reaksiya verib

"Hizbullah"ın siyasi şurası sədrinin müavini Mahmud Komati Lübnan hökumətinin qruplaşmanı silahsızlaşdırmaq qərarını "təslimiyyət və alçaldıcı addım" adlandırıb və bu qərarı İsraillə Amerikaya boyun əymək kimi qiymətləndirib.

Gunaz.tv

Komati bildirib ki, dünyada elə bir dövlət və ya hökumət yoxdur ki, düşmən hələ də onun ərazisini işğal edərkən və hər gün Lübnana qarşı təcavüz edərkən öz müqavimət hərəkatına qarşı çıxış etsin.

O qeyd edib ki, "Hizbullah" "fərdi və ya kollektiv özünümüdafiə hüququ"nun təsbit olunduğu BMT Nizamnaməsinə əsasən İsrailə qarşı müqavimət göstərmək hüququnu qoruyub saxlayacaq:

"Bizim mövcudluğumuz qanuni, legitim, əxlaqi və insani xarakter daşıyır. Silahlarımız da müqavimət hərəkatı kimi eyni şəkildə qanuni və legitimdir".

Xatırladaq ki, daha əvvəl Lübnan hökuməti Amerika prezidenti Donald Trampın “Hizbullah” hərəkatını tərk-silah etmək təklifi ilə razılaşıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar