SON XƏBƏRLƏR

Lübnanın xarici işlər nazirinin Əraqçiyə cavabı: Bizim daxili məsələlərimizin İranla heç bir əlaqəsi yoxdur

2025.08.08, 11:45
Lübnanın xarici işlər nazirinin Əraqçiyə cavabı: Bizim daxili məsələlərimizin İranla heç bir əlaqəsi yoxdur

Lübnanın xarici işlər naziri Yusif Rəqi İranın xarici işlər naziri Abbas Əraqçinin Lübnanla bağlı son açıqlamalarını pisləyib və deyib: "Lübnanın daxili məsələlərinin İranla heç bir əlaqəsi yoxdur".

Gunaz.tv

O bununla bağlı özünün sosial media hesabında paylaşım edib.

"İranın xarici işlər naziri Abbas Əraqçinin Lübnanın daxili məsələlərinə, İranla heç bir əlaqəsi olmayan məsələlərə dair bəyanatlarını qəti şəkildə rədd edir və pisləyirik." - o bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlar Lübnanın suverenliyinə, birliyinə və sabitliyinə xələl gətirir və belə hallar ölkənin daxili işlərinə və suveren qərarlarına qəbuledilməz müdaxilədir.

Qeyd edək ki, Lübnan hökuməti Hizbullah terror qruplaşmasını tərksilah etmək qərarı versə də Abbas Əraqçi Hizbullahı dəstəkləyən fikirlər səsləndirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar