İsrailin kəşfiyyat xidməti olan Mossadın İrandan və qonşu ölkələrdən cəlb etdiyi komandolar, iyun hücumunun ilk saatlarında İranın hava hücumundan müdafiəsini məhv edib.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İsrailin kəşfiyyat xidməti olan Mossadın İrandan və qonşu ölkələrdən cəlb etdiyi komandolar, iyun hücumunun ilk saatlarında İranın hava hücumundan müdafiəsini məhv edib.
İyunun 13-də səhər tezdən gənc iranlı S.T.-nin başçılıq etdiyi komando heyəti Tehranın kənarındakı mövqeyə yerləşmişdi. Hədəf paytaxtı və onun hərbi obyektlərini hava hücumundan qorumaq üçün qurulmuş radar və raket çətirinin bir hissəsi olan zenit batareyası idi.
Ölkənin hər yerində İrandan və qonşu ölkələrdən cəlb edilmiş, İsrail tərəfindən təlim keçmiş komandolardan ibarət bölüklər İranın müdafiəsinə daxildən hücum etməyə hazırlaşırdılar.
Bu komando bölüklərinə qatılanların hərəsinin öz motivi, səbəbi var idi. Bəziləri siyasi ifadə və gündəlik həyata sərt məhdudiyyətlər qoyan repressiv, ruhani rejimdən qisas almaq istəyirdi. Digərləri nağd pul, ailə üzvlərinə tibbi xidmət vədləri və ya xaricdə kollecdə oxumaq qarşılığında diversiya qruplarına qatılmışdılar.
Hücum İsrail kəşfiyyat xidməti olan Mossad tərəfindən bir ildən çox idi ki, planlaşdırılmışdı. Cəmi doqquz ay əvvəl Mossad Hizbullaha qarşı keçirdiyi peycer əməliyyatı ilə dünyanı heyrətə gətirmişdi. Hizbullahın özünün bildirdiyinə görə, partlayışlar nəticəsində 30 döyüşçü həlak olmuşdu.
İyunun 13-də səhər saat 3-də S.T. və təxminən 70 komandodan ibarət xarici legion zenit batareyaları və ballistik raket buraxılış qurğularına dron və raketlərlə atəş açdı (Onun Mossaddakı idarəçiləri bizə onun adının yalnız baş hərflərini bildiriblər). Ertəsi gün isə iranlılardan ibarət başqa bir qrup İran daxilində ikinci hücum dalğasına başlatdılar.
Əməliyyatlarla bağlı çox sayda müsahibələr verən, adlarının açıqlanmasını istəməyən səlahiyyətli şəxslər yerdə həyata keçirilən komando hücumlarının hava hücumlarında mühüm rol oynadığını və İsrailin hava qüvvələrinə bir təyyarəni belə itirmədən bombardman dalğasını keçirməyə imkan verdiyini söyləyiblər. Mossadın yerdəki agentləri tərəfindən toplanan kəşfiyyat məlumatlarına əsasən, İsrail döyüş təyyarələri nüvə obyektlərinə zərbələr endirib, İranın 3000 ballistik raketinin təxminən yarısını və buraxılış qurğularının 80%-ni məhv edib və İranın çox sayda nüvə alimləri və hərbi komandirlərini zərərsizləşdirib.
Bu zamana qədər İsrail və İran arasındakı gizli müharibə ictimaiyyətin diqqətini daha az cəlb etsə də, bölgədə güc balansının dəyişməsində mühüm rol oynamışdır.
2018-ci ildə İsrail tərəfindən təlim keçmiş əməliyyatçılar mühafizə olunmayan Tehran anbarına sızmış yüksək temperaturda plazma kəsicilərdən istifadə edərək məlumatlar, kompüter diskləri və planlaşdırma kitabları olan seyfləri sındırıblar. Sonra əldə edilən yarım tona yaxın material gizli yollarla İsrailə gətirilib və Benyamin Netanyahu onları nümayiş etdirərək İranın nüvə niyyətləri baradə yalan danışmasını ifşa etmişdi.
Bundan iki il sonra Mossad süni intellektlə gücləndirilmiş, uzaqdan idarə edilən pulemyotu aktivləşdirərək İranın ən yaxşı fiziklərindən birini öldürmüşdü.
12 günlük savaşdan öncə İsrail İrandakı diversiya qruplarının istifadə edə bilməsi üçün tonlarla metal avadanlığı qaçaqmalçılıq yolu ilə İrana keçirmişdi.
İran daxilində belə pozuculuq fəaliyyətlərini həyata keçirən agentlər heç də İsraillilər deyillər. Rsəmilərin sözlərinə görə onlar ya iranlılardırlar, ya da üçün ölkənin vətəndaşlarıdırlar. Məlumata görə, İran rejiminin ölkə daxilində yürütdüyü yarasız siyasət ölkə sakinlərini hakimiyyətdən ciddi ölçüdə narazı salıb. Bu da İsrail kəşfiyyatçılarının öz sıralarına İran daxilindən könüllü diversant qəbul etməsini asanlaşdırır.
S.T. da onlardan biridir. İsrail rəsmiləri onun Tehran yaxınlığındakı kiçik bir şəhərdə fəhlə ailəsində böyüdüyünü bildiriblər. Məlumata görə, o, rejim tərəfindən həbs və ağır işkəncələrə məruz qalıb. O sonradan həbsdən azad edilsə də həbsdə olan zaman aldığı travmalar onda silinməz izlər buraxıb. Buna görə də o rejimə qarşı mübarizə aparmaq üçün İsrail kəşfiyyatı ilə əlaqəyə keçib və xaricə gedərək təlimlərdə iştirak edib.
İsrailin İran daxilindən agent cəlb etməsini asanlaşdıran başqa amil İranın mürəkkəb demoqrafik quruluşudur. Belə ki, İrandan əhalinin yarısı fars deyil. Ölkədə çox sayda ərəb, türk, kürd, bəluc və başqa etnik qruplar var.
Bu etnik qruplar rejim tərəfindən daha çox təzyiqlərə məruz qalır və rejimin fars mərkəzçi siytasətləri nəticəsində bu xalqların yaşadığı bölgələr İranın farsların yaşadığı bölgələrdən daha yoxsuldurlar. Bu hal da fərqli etnik qrupları rejimə qarşı olmağa sövq edir.
2002-2011-ci illərdə Mossadın rəhəbri olmuş Meir Daqanın dönəmində İsrailin İran daxilindəki kəşfiyyat fəaliyyətində İranın demoqrafik quruluşuna uyğun olaraq dəyişiklik baş verir. Belə ki, Mossad artıq daha çox İran daxilindəki fərqli etnik qruplardan agentlər cəlb etməyə çalışır.
“YÜKSƏLƏN ASLAN” ƏMƏLİYYATI
Bu illər ərzində Mossad və İsrail ordusu dəfələrlə İranın əsas obyektlərini bombalayaraq onun nüvə proqramını dayandırmağa çalışıblar. İsrailin siyasi liderləri Yaxın Şərqdə sabitliyin pozulacağından ehtiyat edən Amerika prezidentlərinin təzyiqi altında həmişə həmlələri erkən dayandırmalı olurdular.
İsrail ordusu 2024-cü ilin ortalarında İrana qarşı bombardman kampaniyası planlaşdırmağa başlamışdı və bir il ərzində planın hazır olacağına ümid edirdi. Donald Trampın noyabr seçkilərində qalib gəlməsi və Hizbullahın zərərsizləşdirilməsi ilə İsrail rəsmiləri planı həyata keçirmək üçün bir fürsət pəncərəsi gördü.
İsrailin Amerikada təlim keçmiş pilotları 2016-cı ildən bəri gizli şəkildə İran üzərində uçuşlar edirdilər – mənzərəni öyrənir və aşkarlanma şanslarını minimuma endirmək üçün müxtəlif marşrutları araşdırırdılar.
İranın özəl bir nüvə obyekti var idi ki, İsrail onu özünün bombardıman planına daxil etməmişdi. Çünki bu obyekt – Fordo nüvə obyekti – təxminən 100 metr yerin altında yerləşirdi. İran bu obyektin varlığını gizlətməyə çalışsa da Mossad, Amerika və Britaniya kəşfiyyatı onu aşkarlamışdı. Prezident Barak Obama onun mövcudluğunu 2009-cu ildə açıqladı və tezliklə əraziyə gələn Birləşmiş Millətlər Təşkilatının müfəttişləri İranın uranı zənginləşdirmək üçün 3000-ə qədər yüksək səviyyəli sentrifuqa hazırlamağı planlaşdırdığını aşkar etdilər.
Belə istehkamlanmış bir nüvə obyektini dağıdacaq bombaya yalnız Amerika ordusu sahib idi. Həmin bomba “bunker dağıdan” kimi tanınan “GBU-57 Massive Ordnance Penetrator”dur.
Beləliklə İsrail özünün riski planını icra etməyə qərar verir. Plana görə İsrailin yerdəki komandoları gizli şəkildə Fordo obyektinə sızmalı, içəri girdikdən sonra sentrifuqaları partlatmalı, İranın zənginləşdirilmiş uranını ələ keçirib qaçmalı idilər.
Ancaq Mossad rəhbərliyi bu planın icrasını həddən artıq riskli hesab edir və çox sayda təcrübəli kəşfiyyatçının ölümü ilə nəticələnəciyini düşünürdü. 7 oktyabr fəlakətindən sonra belə bir əməliyyatın uğursuzluğa uğraması İsrail üçün kabus olardı.
Bu səbəbdən Mossad İrana hava zərbələri endirməyi və Tramp rəhbərliyi altındakı Amerikanın öz silah arsenalı ilə İsrailin İrana qarşı əməliyatlarına qoşulması ehtimalı üzərində işləməyə başladılar. Yüksələn Aslan Əməliyyatı adlandırılacaq əməliyyata hazırlaşmaq üçün Mossad və hərbi kəşfiyyat agentliyi Aman İranın hərbi liderləri və nüvə komandalarının təqibini gücləndirdilər.
Mossad-ın casusluq cəhdlərinə coğrafi fakt kömək etdi. Qaçaqmalçılıq regionda həyat tərzidir, belə ki, minlərlə insan eşşək, dəvə, minik və yük maşınları ilə narkotik, yanacaq və elektronikanı sərhədlərdən keçirərək pul qazanır. Mossad belə üsullardan istifadə edərək İrana istədiyi şeyi keçirə bildirdi.
Məlumata görə İsrailin İran daxilində hər biri 4-6 nəfərdən ibarət 14 komando bölüyü fəaliyyət göstərirdi. Bölüklərin əksəriyyətinə İsrail hava qüvvələrinin təqdim etdiyi hədəflər siyahısından İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək tapşırılmışdı. Əməliyyat zamanı bu bölüklər yüksək peşəkarlıq nümayiş etdirərək hədəfə alınmış hava hücumundan müdafiə sistemlərinin hamısını məhv etmişdilər.
Müharibənin ilk saatlarında komando bölüklərindən biri İranın ballistik raket buraxılış qurğusunu vurub. İsrailli analitiklər hesab edirlər ki, bu zərbə xüsusi önəmə sahibdir, çünki İran digər raket buraxılış sistemlərinin də İran daxilindən hücumlara məruz qalacağından ehtiyat edərək İsrailə caba zərbəsi endirməyə tələsməyib və İranın cavab zərbələri xeyli gecikib. Ən nəhayət İran İsrailə cavab zərbəsi endirdikdə isə onun PUA və raketlərin demək olar ki, hamısı zərərsizləşdirilsə də nəticədə İsraildə 30 mülki şəxs həlak oldu.
Əməliyyatdan sorna İranın nüvə proqramının nə qədər ziyan görməsi məsələsi müzakirə mövzusu olsa da Tramp israr edir ki, Amerikanın Fordo, Natanz və İsfahana aviazərbələri İranın proqramını “yox edib”.
Hazırda İsraildə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna rəhbərlik edən Haymanın sözlərinə görə, İran İsrailin gələcək hücumlarının qarşısını ala bilmək üçün bomba yaratmağa daha da həvəsli olarsa, bu İsrailin İrana yeni hücumlarına səbəb ola bilər.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu