SON XƏBƏRLƏR

Amerika, Avropa və Ukrayna Putinlə danışıqlarda ümumi mövqe sərgiləməyi planlaşdırır

2025.08.09, 12:06
Amerika, Avropa və Ukrayna Putinlə danışıqlarda ümumi mövqe sərgiləməyi planlaşdırır

Amerika bir sıra Avropa ölkələrinin və Ukraynanın yüksək rütbəli rəsmiləri Amerika Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüşlə bağlı ümumi mövqe hazırlamaq üçün həftəsonu Böyük Britaniyada toplaşa bilər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən xəbər verir.

Portal hesab edir ki, belə bir görüşün keçirilməsi ideyası ona görə yaranıb ki, “Ukrayna və bir neçə NATO müttəfiqi Trampın Putinin müharibəni dayandırmaq təklifləri ilə onların mövqeyini nəzərə almadan razılaşa biləcəyindən narahatlığını bildiriblər”.

Qeyd edilir ki, bu danışıqların təşkili, o cümlədən kimlərin iştirak edəcəyi hələ də müzakirə olunur.

Bundan əvvəl Tramp Putinlə görüşünün avqustun 15-də Alyaskada baş tutacağını bildirib, Kreml məlumat təsdiqləyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar