SON XƏBƏRLƏR

Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil

2025.08.09, 12:16
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil

Ukraynalılar torpaqlarını Rusiyaya verməyəcəklər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək”, - o deyib.

Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır. Lakin onun fikrincə, Ukraynaya qarşı yönələcək və Ukraynasız istənilən qərar sülhün əldə olunmasına mane olacaq.

“Onlar (Ukraynasız qərarlar – red.) heç nə verməyəcəklər. Onlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımıza isə insanların hörmət edəcəyi real, canlı sülh lazımdır. Biz Prezident Trampla, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, davamlı sülh - Moskvanın istəkləri üzündən pozulmayacaq sülh üçün işləməyə hazırıq”, - Ukrayna Prezidenti əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar