SON XƏBƏRLƏR

KİV: Ukrayna Rusiyanın Tatarıstandakı PUA anbarını vurub

2025.08.09, 16:08
KİV: Ukrayna Rusiyanın Tatarıstandakı PUA anbarını vurub

Ukrayna Təhlükəsizlik Xidməti uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Ukraynadan 1000 kilometrdən çox məsafədə yerləşən Tatarıstandakı “Şahed” pilotsuz aparatlarının saxlandığı anbara zərbə endirib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər saatlarında uzaqmənzilli PUA-lar Tatarıstan Respublikasının Kızıl-Yul yaşayış məntəqəsində yerləşən logistika mərkəzini vurub.

Anbarda istifadəyə hazır “Şahed” zərbə dronları və onların istehsalı üçün nəzərdə tutulmuş xarici komplektlər saxlanılırdı.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar