SON XƏBƏRLƏR

Kallas: Moskva danışıqlara razılıq verməklə Amerika sanksiyalarından yayınmaq istəyir

2025.08.11, 11:20
Kallas: Moskva danışıqlara razılıq verməklə Amerika sanksiyalarından yayınmaq istəyir

Rusiya rəhbərliyi sülh danışıqlarına razılıq verməklə ABŞ Prezidenti Donald Trampın elan etdiyi sanksiyalardan yayınmağa çalışır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında deyilir.

Onun sözlərinə görə, Moskva Ukraynadakı müharibəni yalnız Amerikanın təzyiqini hiss etdikdə dayandıracaq.

“Rusiya Amerika sanksiyalarından qaçmaq üçün dialoq təklifi irəli sürüb. Lakin Moskvanın pozulmuş vədlər və sazişlər tarixçəsi Atlantikanın hər iki tərəfində dərin etimadsızlıq yaradıb”, – deyə Kallas vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar