SON XƏBƏRLƏR

İsmayıl Bəqai: İranla Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsləhətləşmələr keçirəcək

2025.08.11, 12:20
İsmayıl Bəqai: İranla Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsləhətləşmələr keçirəcək

Bu gün və sabah İranla Ermənistan rəsmiləri arasında Zəngəzur dəhlizi ilə bağlı yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Biz Cənubi Qafqaz regionundakı qonşu ölkələrlə sıx əlaqə saxlamışıq və saxlayırıq. Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz qonşuluq və qarşılıqlı fayda əsasında qurulan dostluq əlaqələrinə böyük əhəmiyyət veririk”, - o vurğulayıb.

İ.Bəqayi Vaşinqtonda imzalanmış sənədə münasibət bildirərkən deyib ki, bu, yeni məsələ deyil:

“Əgər xatırlayırsınızsa, əvvəlki danışıqlarda hər iki tərəfi sülh sazişini imzalamağa çağırmışıq. Biz hesab edirik ki, bu saziş Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında dönüş nöqtəsi ola bilər”.

Qeyd edək ki, İranın rəhəbri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bir neçə gün öncə İranın Zəngəzur dəhlizinin açıqlmasına imkan verməyəcəyini bildirmişdi.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar