SON XƏBƏRLƏR

Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək

2025.08.11, 12:36
Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək

Ermənistan xarici işlər nazirinin müavini sabah Cənubi Qafqazda gedən prosesləri müzakirə etmək üçün İrana səfər edəcək.

Gunaz.tv

Bunu İran XİN sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan İran üçün narahatlıq doğuran istənilən addımın atılmasından çəkinəcək.

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Danışıq zamanı Vaşinqton görüşünün detalları müzakirə edilib.

Bəqayi İranın Cənubi Qafqazda regiondan kənar qüvvələrin mövcudluğunun əleyhinə olduğunu vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar