SON XƏBƏRLƏR

Amerikalı hərbçilər Amerika-Ermənistan birgə təlimləri çərçivəsində İrəvana gediblər

2025.08.11, 13:35
Amerikalı hərbçilər Amerika-Ermənistan birgə təlimləri çərçivəsində İrəvana gediblər

Ermənistanda 12-20 avqust tarixlərində keçiriləcək “Qartal Tərəfdaş–2025” birgə hərbi təlimlərində iştirak edəcək amerikalı hərbçilər İrəvandadırlar.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hərbi təlimlər Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək.

Bu təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, Amerikanın Avropa və Afrika üzrə Quru Qoşunları komandanlığının, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edəcəklər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar