SON XƏBƏRLƏR

Məqsədyönlü Müşahidə Şurasının sözçüsü Tehranda qaçılmaz su çatışmazlığı barədə xəbərdarlıq edib

2025.08.12, 12:26
Məqsədyönlü Müşahidə Şurasının sözçüsü Tehranda qaçılmaz su çatışmazlığı barədə xəbərdarlıq edib

Məqsədyönlü Müşahidə Şurasının sözçüsü Tehranda qaçılmaz su çatışmazlığı barədə xəbərdarlıq edib

Gunaz.tv

Bu barədə şuranın sözçüsü Möhsün Dehnəvi özünün sosial media hesabında yazıb.

"Tehranda su böhranı kritik mərhələyə daxil olub. Bu tendensiyanın davam etməsi yaxın həftələrdə paytaxtın bəzi bölgələrini susuz vəziyyətə sala bilər; qarşıdakı günlərdən birində bir çox məhəllələrdə içməli su kəsilə bilər və bu baş verərsə milyonlarla vətəndaşın gündəlik həyatı böyük sosial fəsadlarla üzləşəcək və iqtisadi problemlər yaranacaq. Ardıcıl beş il quraqlıq olması, yeraltı su ehtiyatlarının həddindən artıq istehlakı, şəhərlərdə istehlakın sürətli artımı və idarəetmədəki struktur zəifliyi əsas bəndlərin su ehtiyatlarını təhlükəli səviyyəyə çatdırıb. Bu vəziyyətdən çıxmaq üçün qənaət edilməli, köhnəlmiş şəbəkələrin yenilənməsi, sənaye istehlakına nəzarət və resursların ağıllı idarə edilməsi kimi ciddi siyasətlər həyata keçirilməlidir." - deyə paylaşımda bildirilib.

Bu açıqlamalardan sonra su sənayesinin sözçüsü İsa Bozorgzadə deyilənlərlə razılaşmayaraq sadəcə su istehlakına qənaət edilməklə böhranlı durumdan çıxıla biləcəyini iddia edib.

Bununla belə, Dehnəvinin xəbərdarlığı ilə eyni vaxtda, İranda istilik dalğasının davam etməsi, su və elektrik enerjisinin kəsilməsi ilə İslam Respublikası rəsmiləri bir daha ölkənin müxtəlif əyalətlərində geniş miqyaslı qapanmalar tətbiq etmək və ofislərin iş saatlarını azaltmaq qərarına gəliblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar