SON XƏBƏRLƏR

İranın Ermənistandakı keçmiş səfiri Zəngəzur dəhlizinin açılmasından qəti şəkildə narazıdır

2025.08.12, 12:37
İranın Ermənistandakı keçmiş səfiri Zəngəzur dəhlizinin açılmasından qəti şəkildə narazıdır

İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Səqqaiyan Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı son razılaşma ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv

"İran İslam Respublikası heç vaxt Qafqazda xarici qüvvələrin olmasına imkan verməyəcək və bu, milli təhlükəsizliyimizin qırmızı xəttidir." - deyə Səqqaiyan bildirib.

Səqqaiyan iddia edib ki, “dəhliz” planı Amerika və digər transregional güclər tərəfindən geosiyasi məqsədlər və regionun resurslarına çıxış üçün həyata keçirilən ideyadır.

Səqqaiyan gülünc iddia ilə İran-Ermənistan sərhədinin ölkənin Avropaya yeganə quru keçidi olduğunu iddia edib. O, bu yolu “geosiyasi təzyiqlərə qarşı həyati yol” adlandırıb və əlavə edib: “Bu sərhədə təsir edən istənilən geosiyasi dəyişiklik İranın ciddi reaksiyası ilə üzləşəcək”.

O, Vaşinqtonda paraflanan sazişi “Trampın təbliğat şousu” adlandırıb.

O, həmçinin Amerikanın prosesə müdaxiləsini rədd edərək deyib: “Qərb və Amerika illərdir İranı regionda məhdudlaşdırmağa çalışır və dəhliz planı İranın Cənubi Qafqazdakı rolunu azaltmaq üçün bu ssenarinin bir hissəsidir”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar