SON XƏBƏRLƏR

İranda məhbuslar yenidən aclıq eyləmi keçirdilər

2025.08.13, 10:09
İranda məhbuslar yenidən aclıq eyləmi keçirdilər

Dünən avqustun 12-i səhər saatlarından başlayaraq İranın 49 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq eyləmi 81-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 779 məhbus edam edilib, onların arasında siyasi baxışlarına görə öldürülənlər də var.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar