SON XƏBƏRLƏR

Temmi Bryus: Bakı - İrəvan razılaşmaları Cənubi Qafqazın potensialını üzə çıxaracaq

2025.08.13, 11:08
Temmi Bryus: Bakı - İrəvan razılaşmaları Cənubi Qafqazın potensialını üzə çıxaracaq

Azərbaycan və Ermənistan arasında Amerika ilə razılaşmalar Cənubi Qafqazın əhəmiyyətli potensialını üzə çıxaracaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Amerika Dövlət Departamentinin sözçüsü Temmi Bryus ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açacaq.

“İki ölkənin liderləri (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) Amerika ilə ikitərəfli iqtisadi sazişlər imzalayıblar ki, bu da Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində mühüm potensialını, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açıb”, - Bryus bildirib.

O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bəyannaməsi Trampın sülh prezidenti olduğunu göstərdi.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Amerika liderləri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması haqqında iki ölkənin hökumətləri arasında Anlaşma Memorandumu imzalayıblar.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Prezidenti Donald Trampın iştirakı ilə iki liderin Vaşinqtonda görüşünün yekunlarına dair Birgə Bəyannamə imzalayıblar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar