SON XƏBƏRLƏR

Tramp Zelenski ilə distant formada görüşəcək

2025.08.13, 11:12
Tramp Zelenski ilə distant formada görüşəcək

Amerika Prezidenti Donald Tramp və vitse-prezident Jey Di Vens avqustun 13-də Ukrayna lideri Volodimir Zelenski və Aİ liderləri ilə distant formada danışıqlar aparacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə NBC xəbər verib.

Görüş iki mərhələdə keçiriləcək: əvvəlcə Aİ Zelenski ilə danışıqlar aparacaq, sonra Amerika nümayəndə heyəti qatılacaq. Daha sonra Zelenski tərəfdaş ölkələrlə ayrıca görüş keçirəcək.

“Danışıqlar Alyaskada keçiriləcək Tramp-Putin sammiti öncəsidir və burada hərbi əməliyyatların dayandırılması müzakirə olunacaq”, - NBC iddia edir.

Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.

Danışıqların əsas mövzusu Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışıdır. Rəsmi Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar