SON XƏBƏRLƏR

Amerika Çin mallarından asılılığı azaltmaq niyyətindədir

2025.08.13, 11:46
Amerika Çin mallarından asılılığı azaltmaq niyyətindədir

Amerika Çin məhsullarına olan asılılığın fərqindədir və bu asılılığı azaltmaq üçün daxili istehsalın gücləndirilməsini hədəfləyir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət katibi Marko Rubio "77 WABC" radiosuna müsahibəsində danışıb.

“Çinlə bağlı problemimizin əsas səbəblərindən biri ondan ibarətdir ki, biz vaxtilə öz müəssisələrimizi onların əlindən itirmişik. Nəticədə, gündəlik həyatımızda istifadə etdiyimiz məhsulların böyük hissəsini Çindən idxal edirik. İndi isə bu vəziyyəti dəyişməliyik. Amerikada istehsalı artırmaqla Çin asılılığımızı azaltmaq mümkündür”.

Dövlət katibi vurğulayıb ki, ölkə daxilində istehsalın genişləndirilməsi iqtisadi təhlükəsizliyin gücləndirilməsi baxımından da vacibdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar