SON XƏBƏRLƏR

Ukrayna səfiri: Kiyev növbəti yardıma görə Azərbaycana minnətdardır

2025.08.13, 14:40
Ukrayna səfiri: Kiyev növbəti yardıma görə Azərbaycana minnətdardır

Ukrayna göstərilən növbəti humanitar yardım üçün Azərbaycana minnətdardır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Sumqayıtda bu ölkəyə növbəti humanitar yardımın göndərilməsi mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Mən Ukrayna üçün çox vacib və zəruri olan bu yardıma, dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bu avadanlıqlardan bütün elektrik sistemimizin bərpası üçün istifadə edirik", - diplomat bildirib. O vurğulayıb ki, bu, cari il ərzində elektrik avadanlıqlarından ibarət ikinci yardım paketidir.

Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanın dəstəyini qiymətləndirir və həmişə ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

"Biz tariximizin bu ağır dövründə Azərbaycanın bizi dəstəkləməsini qiymətləndiririk", - o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasından Ukraynaya humanitar yardım məqsədli elektrik hava xətləri avadanlıqlarından ibarət yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar