SON XƏBƏRLƏR

Tramp Putinlə görüşünün nəticələri barədə rusiyalı həmkarına xəbərdarlıq edib

2025.08.13, 22:32
Tramp Putinlə görüşünün nəticələri barədə rusiyalı həmkarına xəbərdarlıq edib

Amerika Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib.

Gunaz.tv

Bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan Con Kennedi adına İncəsənət Mərkəzindəki çıxışı zamanı deyib.

Jurnalistin Moskvaya qarşı konkret rüsumlar və ya sanksiyalar ilə bağlı sualına Tramp: “Bu barədə danışmayacağam”, - deyə cavab verib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında görüşün avqustun 15-də Alyaskada keçiriləcəyi planlaşdırılır. Tərəflər görüşün əsas mövzusu kimi Rusiya-Ukrayna münaqişəsinin həllini qeyd ediblər. Ağ Evdən bildirilib ki, Tramp hərbi əməliyyatları dayandırmağın yolunu tapmaq üçün Moskvanın mövqeyini daha yaxşı anlamaq istəyir.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar