SON XƏBƏRLƏR

Pakistan səfiri: Azərbaycanla məsləhətləşmədən sonra Ermənistanla münasibətlərə baxıla bilər

2025.08.14, 11:57
Pakistan səfiri: Azərbaycanla məsləhətləşmədən sonra Ermənistanla münasibətlərə baxıla bilər

Pakistanın Ermənistana münasibətində hər hansı dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır:

“Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir. Üç onillikdir davam edən siyasətimizdə hər hansı dəyişiklik Azərbaycandakı dostlarımızla məsləhətləşmədən sonra mümkün ola bilər”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar