SON XƏBƏRLƏR

Tramp Putinlə Alyaskada nə danışacağını açıqlayıb

2025.08.14, 12:16
Tramp Putinlə Alyaskada nə danışacağını açıqlayıb

Amerika prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu haqda “NBC News”a mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşməkdə məqsədinin Ukraynada atəşkəs olduğunu bildirib.

Telekanalın məlumatına görə Tramp Avropa liderləri ilə telefon danışığı zamanı Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini deyib.

Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsin əldə edilməli olduğuna dair razılıq əldə ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar