SON XƏBƏRLƏR

Laricaniyə Suriyanın hava məkanından keçməsinə icazə verilmədi 

2025.08.14, 14:19
Laricaniyə Suriyanın hava məkanından keçməsinə icazə verilmədi 

Suriya hökuməti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ərdəşir Laricanini daşıyan təyyarənin ölkənin hava məkanından keçərək Beyruta uçmasının qarşısını alıb.

Gunaz.tv

Bu haqda İsrailin "Maariv" nəşri məlumat yayıb.

Nəşrin yazdığına əsasən, təyyarə əvvəlcədən planlaşdırıldığı kimi İraqdan birbaşa Livanın paytaxtı Beyruta uçmalı idi. 

"Ancaq Suriya hökumətinin hava məkanını bağlaması nəticəsində marşrut dəyişdirilib və təyyarə İraqdan Türkiyə üzərindən Livana uçmağa məcbur olub",- məlumatda bildirilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar