SON XƏBƏRLƏR

Diplomatlar Vaşinqtona xəbərdarlıq etdi: İran və Rusiya razılaşmaların icrasına mane ola bilər

2025.08.14, 15:35
Diplomatlar Vaşinqtona xəbərdarlıq etdi: İran və Rusiya razılaşmaların icrasına mane ola bilər

Amerikanın Azərbaycandakı sabiq səfirləri Riçard Morningstar və Robert Sekuta administrasiyaya müraciət edərək, 8 avqustda Vaşinqtonda keçirilən tarixi sammitdə qəbul edilmiş qərarların icrasını uzatmamağı və Cənubi Qafqazda daha fəal işləməyi tövsiyə ediblər.

Gunaz.tv

"Həqiqətən sammitin qərarlarını uzatmaq təhlükəlidir, İran və Rusiyadakı mühafizəkar dairələr Vaşinqton razılaşmalarının yerinə yetirilməsini əngəlləmək üçün planlar qurmağa başlayıblar. Bu onların təxribatçı açıqlamalarından da anlaşılır".

 

Günaz TV "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial mediada yazıb.

Politoloq qeyd edir ki, Amerikalı diplomatların birgə müraciətində “Amerika administrasiyası eyni zamanda, Amerika Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edərək yeni nəqliyyat marşrutlarının potensialını tam reallaşdırmalıdır” cümləsi də diqqətçəkicidir:

"Bu Amerikanın Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bölgəsində, o cümlədən Mərkəzi Asiyada möhkəmlənməsinin vacibliyindən xəbər verir. Amerika Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanın zənginliklərinə çıxış imkanı qazanacaq. Bu eyni zamanda Mərkəzi Asiya ölkələrinin də siyasi və iqtisadi maraqlarına cavab verir. Mərkəzi Asiya ölkələri Rusiya və Çindən iqtisadi asılılıqlarını azaltmağa çalışırlar. Zəngəzur dəhlizindən istifadə onlara bu imkanı saxlayacaq".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar