SON XƏBƏRLƏR

İsrail ordusu “Hizbullah”ın Lübnandakı obyektlərinə zərbələr endirib

2025.08.15, 10:58
İsrail ordusu “Hizbullah”ın Lübnandakı obyektlərinə zərbələr endirib

İsrail ordusu Lübnanın güneyindəki ərazilərə zərbələr endirib.

Gunaz.tv

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, hücumun hədəfi “Hizbullah” terror təşkilatının yeraltı obyektləri olub.

İsrail ordusu həmin ərazilərdə belə terror obyektlərinin olmasını iki ölkə arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulması adlandırıb.

Qeyd olunub ki, hava zərbələri Burğuz, Cabbur, Cermak, Əl-Qətraniya və Əl-Mahmudiyyə yaşayış məntəqələrinin kənarında döyüşçülərin hərəkət etdiyi yerləri hədəfə alıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar