SON XƏBƏRLƏR

Kansler: Rusiya Ukrayna ilə atəşkəsə razılıq vermək imkanı əldə edib

2025.08.15, 15:57
Kansler: Rusiya Ukrayna ilə atəşkəsə razılıq vermək imkanı əldə edib

Beynəlxalq hüququ pozaraq Ukraynaya hücum etdikdən üç il yarım sonra Rusiya bu gün atəşkəsə razılıq vermək və döyüş əməliyyatlarını dayandırmaq imkanı əldə edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts “X” hesabında yazıb.

"Biz Rusiya Prezidenti Vladimir Putinin Amerika Prezidenti Donald Trampın danışıqlar təklifinə ciddi yanaşacağını və Alyaskadakı görüşdən sonra Ukrayna ilə heç bir şərt qoymadan dialoqa başlayacağını gözləyirik. Ukraynanın güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Ərazi məsələləri yalnız ukraynalıların razılığı ilə həll edilə bilər", - kansler bildirib.

O əlavə edib ki, Tramp bu təşəbbüsə və son günlərdəki sıx koordinasiyaya görə təşəkkürə layiqdir. "Avropalı tərəfdaşlarımızla son danışıqlarımız zamanı ona davamlı dəstəyimizə dair təminat verdik", - Merts qeyd edib.

Xatırladaq ki, Amerika Prezidenti Donald Tramp bu gün Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar