SON XƏBƏRLƏR

Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqlayıb

2025.08.16, 08:03
Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqlayıb

Amerika Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.

Gunaz.tv

Bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub. Buna cavab olaraq Tramp deyib: "Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar