SON XƏBƏRLƏR

Çinin xarici işlər naziri Hindistana səfər edəcək

2025.08.16, 11:20
Çinin xarici işlər naziri Hindistana səfər edəcək

Çinin xarici işlər nazirliyindən verilən məlumata görə, ölkənin xarici işlər naziri Van Yi bazar ertəsindən çərşənbə gününə kimi Hindistana səfər edəcək.

Gunaz.tv

Səfər zamanı iki ölkə arasında Himalay dağlarındakı mübahisəli ərazilər barədə danışıqlar aparılacağı bildirilir.

Qeyd edək ki, 2020-ci ildə sərhəddə Hindistan və Çin qoşunları arasında baş vermiş ölümcül toqquşmadan sonra bu ikinci belə səfərdir.

Xatırladaq ki, Hindistanın baş naziri Narendra Modi ayın sonunda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfər edəcək və Çin Prezidenti Si Cinpinlə görüşəcək.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar