SON XƏBƏRLƏR

Zelenski Trampla görüşəcək

2025.08.16, 11:40
Zelenski Trampla görüşəcək

Ukrayna prezidenti Volodomir Zelenski bazar ertəsi Vaşinqtonda Amerika prezidenti Donald Trampla görüşəcək.

Gunaz.tv

Bu barədə Volodomir Zelenski öz açıqlamasında bildirib.

"Ukrayna sülhə nail olmaq üçün maksimum səylə işləməyə hazır olduğunu bir daha təsdiqləyir. Prezident Tramp Rusiya lideri ilə görüşü və onların müzakirəsinin əsas məqamları barədə mənə məlumat verdi. Amerikanın gücünün vəziyyətin inkişafına təsir göstərməsi vacibdir", - deyə Zelenski verdiyi açıqlamada bildirib.

"Bazar ertəsi Vaşinqtonda prezident Trampla görüşərək qətlin və müharibənin dayandırılması ilə bağlı bütün təfərrüatları müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram." - deyə o əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar