SON XƏBƏRLƏR

Zelenski Trampın üçtərəfli görüşlə bağlı təklifi ilə razıdır

2025.08.16, 12:04
Zelenski Trampın üçtərəfli görüşlə bağlı təklifi ilə razıdır

Ukrayna prezidenti Vladimir Zelenski Amerika prezidenti Donald Trampın Ukrayna, Rusiya və Amerika arasında üçtərəfli görüş təklifini dəstəklədiyini bildirib.

Gunaz.tv

Zelenski, Alyaska sammitindən sonra Trampla “təxminən bir saat” təkbətək danışdığını və daha sonra Avropa liderlərinin ümumilikdə bir saat yarımdan çox davam edən telefon danışığına qoşulduğunu söyləyib.

"Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və bunun üçün üçtərəfli formatın uyğun olduğunu vurğulayır", - Zelenski bildirib.

"Amerika ilə birlikdə etibarlı təhlükəsizlik zəmanətlərini təmin etmək üçün avropalıların hər mərhələdə iştirak etməsi vacibdir. Biz mövqelərimizi bütün tərəfdaşlarla əlaqələndirməyə davam edirik. Kömək edən hər kəsə təşəkkür edirəm." - deyə Zelenski əlavə edib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar