Günaz TV "Report"a bu barədə "Bloomberg" nəşrinin təhlil məqaləsində bildirilib.
Məqalədə Ukrayna Prezidentinin Amerikalı həmkarı ilə Ağ Evdə baş tutan və gərgin keçən görüşü xatırladılaraq Zelenskinin özünü bir daha çıxılmaz vəziyyətdə tapa biləcəyinə diqqət çəkilib.
"Alyaska sammitindən sonra Tramp Zelenskiyə manevr üçün az yer buraxıb", - deyə vurğulanan təhlildə Ukrayna liderini müşayiət edəcək Avropa ölkələrinin rəhbərlərinin prosesə təsir imkanlarının qısıtlı olduğu bildirilib. Bununla belə, Trampın güclü şəxsi münasibət qurduğu NATO Baş katibi Mark Rutte və Finlandiya Prezidenti Aleksandr Stubbun heyətdə yer almasının müzakirələrin gedişatını müsbət yöndə dəyişdirə biləcəyindən bəhs edilib.
"Ukraynaya qarşı sərt tələblərə baxmayaraq, Amerikanın indi bir sövdələşməni dəstəkləməyə hazır olduğuna dair əlamətlər var. Putin ilə görüşündən sonra Tramp Avropa liderlərinə bildirib ki, Amerika hər hansı təhlükəsizlik zəmanətlərinə töhfə verə bilər və Putin bunu qəbul etməyə hazırdır. Lakin Putinlə hansı növ təhlükəsizlik zəmanətlərinin müzakirə olunduğu və Kreml liderinin nəyi qəbul etməyə hazır olduğu hələ də aydın deyil", - nəşr qeyd edib.
Xatırladaq ki, avqustun 18-də Ukrayna və Amerika liderləri arasında Vaşinqtonda görüş keçiriləcək. Görüşə Avropa ölkələrinin lderləri də qatılacaq.
Qeyd edək ki, görüşə saatlar qalmış Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini dərhal dayandıra bilər.
C