SON XƏBƏRLƏR

Lübnanlı deputat: İran səfirliyi terror əməliyyatlarını idarə edən mərkəzdir və bağlanmalıdır

2025.08.18, 12:07
Lübnanlı deputat: İran səfirliyi terror əməliyyatlarını idarə edən mərkəzdir və bağlanmalıdır

Lübnanlı deputat və keçmiş ədliyyə naziri Əşrəf Rifi İran rəsmilərinin Hizbullahın tərksilahına etirazlarına cavab olaraq Beyrutu Tehranla diplomatik münasibətləri kəsməyə çağırıb.

Gunaz.tv

“İranın Beyrutdakı səfirliyi terror əməliyyatlarını idarə edən mərkəzdir və bağlanmalıdır”, - deyə Əşrəf Rifi bildirib.

Rifi Lübnan hökumətini vətəndaş müharibəsi ilə hədələyən Hizbullah baş katibinin müavini Naim Qasimə də xəbərdarlıq edib: "Sizi ehtiyatsız seçimə qarşı xəbərdar edirəm ki, bunun əvəzini siz ödəyəcəksiniz. Əgər özümüzü müdafiə etməyə məcbur olsaq, sizinlə küçələrdə qarşılaşacağıq və biz buna qadirik".

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar