SON XƏBƏRLƏR

İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

2025.08.18, 16:05
İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunan səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Dövlət başçısı ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.

Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu deyib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar