SON XƏBƏRLƏR

Ermənistanla strateji əlaqələrimiz var - Məsud Pezeşkian

2025.08.19, 10:06
Ermənistanla strateji əlaqələrimiz var - Məsud Pezeşkian

Bizim dost və qonşu ölkəmiz olan Ermənistanla qədim və strateji əlaqələrimiz var və iki ölkə siyasi, iqtisadi, mədəni və sosial sahələrdə yaxşı əlaqələr saxlamağa çalışıb.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian dünən Ermənistan səfər öncəsi mediaya verdiyi açıqlamasında deyib.

"Bu səfər bizim qonşu ölkələrlə prioritet olaraq həyata keçirdiyimiz səfərlərin davamıdır. Bu səfərlər ali rəhbərin ümumi siyasətinə və təlimatlarına əsaslanır",- o, Ermənistan və Belarusa yola düşməzdən əvvəl bəyan edib.

Pezeşkian deyib ki, səfər zamanı Şərqdən Qərbə ticarət yolunu genişləndirmək üçün Şimal-Cənub Dəhlizi və Şərq-Qərb marşrutunu müzakirə edəcək.

İran Prezidenti, həmçinin Amerika şirkətinin bölgədə olması barədə sualada cavab verib:

"Mövcud olan narahatlıq Amerika şirkətlərinin bölgədə olmasıdır. Onların şirkət adı ilə bölgəyə girib başqa işlər görəcəkləri ilə bağlı narahatlıq var. Təcrübə bunu göstərdi. Bu narahatlıq və nigərançılıqlarla bağlı müzakirələrimiz olacaq".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar