SON XƏBƏRLƏR

Pezeşkian İrəvanda Göy Məscidi ziyarət edib

2025.08.19, 10:46
Pezeşkian İrəvanda Göy Məscidi ziyarət edib

Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də İrəvanda Göy Məscidi (Hüseynəli xan məscidi) ziyarət edib.

Gunaz.tv

Pezeşkian Göy Məsciddə İran nümayəndə heyəti ilə birlikdə namaz qılıb.

Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidentini qarşılayıb.

Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.

Qeyd edək ki, İrəvandakı Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Məscid Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. 1995–2006-cı ildə isə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar