SON XƏBƏRLƏR

Amerikanın Ukraynaya silah tədarükü NATO vasitəsilə davam edəcək

2025.08.19, 11:51
Amerikanın Ukraynaya silah tədarükü NATO vasitəsilə davam edəcək

Amerikanın Ukraynaya silah tədarükü davam edəcək və onların pulunu NATO-nun Avropa tərəfdaşları ödəyəcək.

Gunaz.tv

Bunu NATO-nun baş katibi Mark Rutte “Fox News” telekanalına müsahibəsində deyib.

O, Amerika Prezidenti Donald Trampla razılaşdırılmış yeni sxemdən danışıb.

"Yaxşı xəbər odur ki, Prezident Tramp mənim vasitəmlə NATO-dakı avropalı tərəfdaşları ilə razılaşıb ki, NATO-nun Avropadakı tərəfdaşları Amerika silahlarının tədarükü üçün pul ödəsin. Bu, Amerikanın orta sinfi, eləcə də Ukrayna üçün yaxşı xəbərdir, çünki bu, Amerikadan Ukraynaya ölümcül silah axınının davam edəcəyi anlamına gəlir", - Rutte bildirib.

O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması üçün dönməz yol var, lakin hazırda onun alyansa üzvlük məsələsi müzakirə olunmur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar