SON XƏBƏRLƏR

İran Əczaçılar Assosiasiyasının rəhbəri: Ölkədəki apteklərin 80%-i iflas ərəfəsindədir

2025.08.19, 14:43
İran Əczaçılar Assosiasiyasının rəhbəri: Ölkədəki apteklərin 80%-i iflas ərəfəsindədir

İranda əczaçılıq sənayesində böhran həyəcan verici həddə çatıb. Özəl apteklərin 80%-i sığorta şirkətləri və hökumətin ödənilməmiş borclarına görə bağlanma və iflas riski ilə üz-üzədir.

Gunaz.tv

İranın yerli mediası xəbər verib ki, İranda 16 mindən çox özəl aptek sığorta şirkətləri və hökumətin ödənilməmiş borclarının təzyiqi altında bağlanmaq ərəfəsindədir ki, bu da əczaçılıq tədarük zəncirini iflasa uğramaq riski ilə üz-üzə qoyur.

Mütəxəssislər xəbərdarlıq edir ki, təqribən 4 trilyon tümən dəyərində geri qaytarılan çeklərin yığılması ilə müflisləşən apteklərin sayı hər gün artır. Bu vəziyyətin davam etməsi dərman qıtlığına və əhalinin sağlamlığında böhrana səbəb ola bilər. Eyni zamanda, qeyri-mütəxəssislərə lisenziyaların verilməsi və nəzarətsiz onlayn satışlar əczaçılıq sənayesinin gələcəyi üçün yeni problemlər yaradıb.

Rəsmi statistikaya görə, İranda 16 mini özəl olmaqla 17600-ə yaxın aptek var və onların böyük bir hissəsi iflas ərəfəsindədir. İran Əczaçılar Assosiasiyasının rəhbəri Şəhram Kələntəri ölkədəki apteklərin 80 faizinin mütləq iflasa doğru getdiyini açıqlayıb.

Kələntəri vurğulayıb ki, sığorta büdcəsi kəsiri və hökumətin yanlış siyasəti dərman tədarük zəncirini iflic edib. Apteklər zəncirin son həlqəsidir və ödənişlərini almasalar, paylayıcı şirkətlər və istehsalçılarin hesablarını ödəyə bilməyəcəklər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar