SON XƏBƏRLƏR

Paşinyan: Azərbaycanla razılaşma İranla dəmir yolu əlaqəsini açacaq

2025.08.19, 14:49
Paşinyan: Azərbaycanla razılaşma İranla dəmir yolu əlaqəsini açacaq

Azərbaycanla razılaşma Ermənistanla İran arasında dəmir yolu əlaqəsini açacaq.

Gunaz.tv

Bunu Emənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvanda İran Prezidenti Məsud Pezeşkianla birgə keçirdiyi brifinqdə deyib.

Paşinyan bildirib ki, Ermənistanın Azərbaycanla əsas razılaşmalarından biri regionda kommunikasiya marşrutlarının bərpası ilə bağlıdır.

“Bununla, Ermənistan və İran arasında yeni dəmir yolu əlaqəsi yaranacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə...

Bu isə İranın Ermənistana və nəhayət, Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək", - o qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar