SON XƏBƏRLƏR

AFP: Putin ikitərəfli görüş təklif edib, Zelenski imtina edib

2025.08.19, 19:24
AFP: Putin ikitərəfli görüş təklif edib, Zelenski imtina edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Moskavada ikitərəfli görüş keçirmək təklifindən imtina edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə məsələdən xəbərdar mənbələr AFP-yə məlumat ötürüb.

Mulmata görə, sözügedən ideya Rusiya lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında söhbət zamanı səsləndirilib. Zelenski həmin vaxt Ağ Evdə olub və təklifə dərhal “yox” cavabı verib.

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski və Avropa dövlətlərinin rəhbərləri ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib və Ukrayna ilə Rusiya prezidentləri arasında danışıqlara hazırlığın başlandığını elan edib. Onun sözlərinə görə, görüşün yeri daha sonra müəyyən ediləcək, danışıqlardan sonra isə ABŞ prezidentinin də iştirak edəcəyi üçtərəfli görüş keçiriləcək.

“Politico”nun məlumatına görə, Putin Tramp ilə telefon danışığında Zelenski ilə görüşə dair təklifə toxunaraq deyib: “Sizin iştirakınız mütləq deyil. Mən onunla təkbətək görüşmək istəyirəm”.

ABŞ Prezidentinin komandası artıq sammitin təşkilinə başlayıb, bu iş xüsusi nümayəndə Stiv Uitkoffa tapşırılıb.

Kremlin rəsmi açıqlamasında isə Putin və Zelenski arasında görüş barədə razılığın əldə olunmadığı bildirilib. Kremlin məlumatına görə, Putin və Tramp telefon danışığında “Ukrayna və Rusiya tərəflərinin nümayəndə heyətinin səviyyəsinin artırılması imkanının nəzərdən keçirilməsi ideyası”nı müzakirə ediblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar