SON XƏBƏRLƏR

Pezeşkiyanın media müşaviri: Azərbaycanın İrana etimadsızlığı İranın Azərbaycandakı yanlış addımlarının və Həqiqətpur kimi insanların fəaliyyətinin nəticəsidir

2025.08.20, 15:10
Pezeşkiyanın media müşaviri: Azərbaycanın İrana etimadsızlığı İranın Azərbaycandakı yanlış addımlarının və Həqiqətpur kimi insanların fəaliyyətinin nəticəsidir

Məsud Pezeşkian hökumətinin media müşaviri Əli Əsgər Şəfian Mənsur Həqiqətpurun Zəngəzur, Azərbaycan və Pezeşkian ailəsi ilə bağlı son açıqlamalarına reaksiya verərək bildirib ki, Azərbaycanın İrana etimadsızlığı İranın Azərbaycandakı yanlış addımları və Həqiqətpur kimi insanların fəaliyyətinin nəticəsidir.

Gunaz.tv

"Məsud Pezeşkian deyib ki, o, Əraqçinin Zəngəzurla bağlı fikirlərini qəbul edir. Həqiqətpurun öz ixtisası üzrə danışması daha yaxşı olardı. Biz Zəngəzur məsələsində geridə qaldıq və fürsəti əldən verdik. Biz Azərbaycanla bağlı çox ciddi səhvlərə yol verdik. İranın keçmiş səhvləri olmasaydı, Azərbaycan İsrailin və Qərbin əlinə keçməzdi. Bu mövzuda məsuliyyət daşıyan Həqiqətpur və onun dostları cavab verməlidirlər. Azərbaycan həssaslaşıb və İranın yanlış addımlarına görə bizə etibar etmir." - deyə Əli Əsgər Şəfian bildirib.

Əli Əsgər Şəfian Zəngəzur dəhlizi məsələsinə də toxunub.

"Hardasa səhv etdin və uduzdunsa bunu qəbul etmək lazımdır. Bundan başqa, sərhədin o biri tərəfi sərhədin o tərəfidir; bu qədər sadə! Sərhədin o tərəfi sərhədin biz tərəfi deyil! Razılaşmalar sərhədin digər tərəfində baş verir."

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü, İrandakı türk əleyhdarlarından biri olan Mənsur Həqiqətpur son açıqlamalarında İran prezidenti Məsud Pezeşkiana və onun apardığı siyasətə hücum etmiş, Pezeşkianın oğlunu pantürk adlandırmışdı.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar