SON XƏBƏRLƏR

Ceyhun Bayramov ispaniyalı həmkarı ilə telefon danışığı aparıb

2025.08.20, 15:27
Ceyhun Bayramov ispaniyalı həmkarı ilə telefon danışığı aparıb

Avqustun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.

Gunaz.tv

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, İspaniyanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin Amerikaya səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

2024-cü ildə Xarici İşlər Nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq, yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görüldüyü bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar