SON XƏBƏRLƏR

Amerika və Avropa ölkələri Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edəcək

2025.08.21, 11:20
Amerika və Avropa ölkələri Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edəcək

Amerika Dövlət katibi Marko Rubio avqustun 21-də Avropa ölkələrindən və Ukraynadan olan milli təhlükəsizlik məsləhətçiləri ilə görüş keçirəcək, burada Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi müzakirə olunacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Amerika Prezidentinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Rubio həmkarları ilə "həssas diplomatik danışıqlar" aparacaq. Bu danışıqlarda Ukraynaya təhlükəsizlik zəmanətlərinin necə verilə biləcəyi müəyyən ediləcək.

Vaşinqtonun bu cür təminatlarına Avropa əməliyyatları üçün hava dəstəyi və ya kəşfiyyat yardımı vədi də daxil ola bilər. Bundan əlavə, Amerika qüvvələri Ukraynadakı missiyaları dəstəkləmək üçün Qara dənizə yerləşdirilə bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar