SON XƏBƏRLƏR

Amerikanın vitse-prezidenti: Ukrayna münaqişəsi Avropa və Asiyanın iqtisadiyyatını tam dəyişib

2025.08.21, 11:49
Amerikanın vitse-prezidenti: Ukrayna münaqişəsi Avropa və Asiyanın iqtisadiyyatını tam dəyişib

Amerikanın vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukraynada davam edən münaqişə Avropanın və Asiyanın böyük bir hissəsinin iqtisadiyyatını tamamilə dəyişib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu fikri Vens "Fox News" telekanalına müsahibəsində səsləndirib.

“Ukraynadakı münaqişə Avropanın və Asiyanın böyük hissəsinin iqtisadiyyatını köklü şəkildə dəyişib. Biz sadəcə olaraq sülhə qayıtmalıyıq”, – deyə Vens vurğulayıb.

O, baş verənləri “Co Baydenin müharibəsi” adlandırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar