“Abbas Lisani Məlumat Səhifəsi”nin xəbərinə görə, Ərdəbil şəhərindəki milli hərəkat fəalları Urmu gölünün kritik və ölümcül vəziyyətinə etiraz olaraq Savalan zirvəsində "Adım dəniz, özüm susuz" şüarları ilə pankart qaldırıblar.
Azərbaycanlı vətəndaş fəalları hesab edirlər ki, İran İslam Respublikası irqçi, anti-türk və mərkəzçi siyasətlərə arxalanaraq müxtəlif bəhanələrlə təkcə Urmu gölünü deyil, Azərbaycanın digər yerlərini, təbii sərvətlərini, qədim abidələrini dağıdıb məhv edir.
Ekoloji ekspertlərin fikrincə, Urmu gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükəyə atacaq və bölgə sakinlərinin məcburi köçünə səbəb olacaq.
Gölün qurumasından sonra duz fırtınalarının baş verməsi təkcə bölgə əhalisi və İran üçün problem deyil, həm də beynəlxalq ekoloji təhlükədir. Ekoloji ekspertlərin fikrincə, Urmu gölünün sahillərində aktiv toz və duz fırtınaları 500 kilometrə qədər məsafəyə təsir edə bilər.
C