SON XƏBƏRLƏR

İranda mediaya təzyiq - Jurnalistlər Birliyinin binası bağlandı

2025.08.22, 10:00
İranda mediaya təzyiq - Jurnalistlər Birliyinin binası bağlandı

İranda mediyaya qarşı 2 il əvvəl başlayan təzyiqlər davam edir. Tehran bələdiyyəsinin göstərişi və azad mediaya qarşı siyasi tapışırıqların icrası nəticəsində Tehran əyalətinin Jurnalistlər Birliyi yerləşdiyi binadan çıxarıldı.

Gunaz.tv

Bu haqda birliyin yaydığı bəyanatda bildirilib.

"Bu hökumətin Tehran bələdiyyə başçısı Əlirza Zakaninin vasitəsilə müstəqil mediaya qarşı hücumu və müstəqil jurnalistlərin fəaliyyətinin qarşısını almaq üçün atılan növbəti addımdır",- bəyanatda qeyd edilib.

Tehran əyalətinin Jurnalistlər Birliyinin katibi İrəc İslami, paytaxt bələdiyyəsinin təhlükəsizlik qüvvələrinin göstərişini yerinə yetirdiyini deyib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra mediaya qarşı təzyiqlər artıb və 150 jurnalist işdən qovulub.

Azad İnformasiya Axınını Müdafiə Təşkilatının son hesabatına əsasən cari ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar