SON XƏBƏRLƏR

Amerika müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib

2025.08.22, 11:13
Amerika müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib

Vaşinqton administrasiyası Amerikanın kəşfiyyat dairələrinə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva və Kiyevlə aparılan danışıqlarla bağlı “Beş Göz” qərb alyansının üzvlərinə heç bir məlumat verməməyi əmr edib.

Gunaz.tv

Bu barədə CBS telekanalı məlumat yayıb.

Amerika rəsmiləri arasındakı mənbələrin məlumatına görə, Amerika Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Amerika kəşfiyyat agentliklərinə bu alyansın üzvlərinə Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı heç bir məlumat verməməyi əmr edib. Amerikadan başqa, alyansa Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya daxildir.

Qabbard müvafiq sənədi iyulun 20-də imzalayıb. Sənədə əsasən, kəşfiyyat məlumatları əvvəllər dərc olunmayıbsa, başqa dövlətlərin vətəndaşlarına verilə bilməz. Qadağa birbaşa danışıqlara aid olmayan və diplomatik kanallar vasitəsilə alınan məlumatlara, eləcə də hərbi əməliyyatları asanlaşdırmaq üçün Kiyevə ötürülən məlumatlara şamil edilmir.

Qadağanın səbəbləri barədə məlumat verilmir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar